Azərbaycanda futbol klubunun komandaları dağılır

10-05-2022, 09:17           
Azərbaycanda futbol klubunun komandaları dağılır
“Şamaxı”nın aşağı yaş qrupları üzrə komandaları buraxılacaq.

Teref.az Apasport.az saytına istinadən xəbər verir ki, buna “Keşlə”nin Bakıdan Şamaxıya köçməsi səbəb olub.

Klub adını və məkanını dəyişdikdən sonra Şamaxıda yeni komandaların qurulması istiqamətində işlər başlayıb. Bakıdakı “ASK Arena”da məskunlaşan komandalar isə demək olar ki, sahibsiz qalıblar.

Paytaxtdakı uşaq və yeniyetmə futbolçuların Şamaxıya köçürülməsi mümkün olmadığından bütün komandalar mövsümün sonunda dağılacaq.

Müqavilələri başa çatan məşqçilər və inzibati heyət özünə yeni iş yeri axtarmalı olacaq. Futbolçular klubsuz qaldığından digər komandalardan təklif gözləyir.

Qeyd edək ki, “Şamaxı” cari mövsüm AFFA-nın liqalarında U-19, U-17, U-16, U-15, U-14, U-13, U-12, U-11 və U-10 komandaları ilə təmsil olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru