Türkiyə Kubokunda ilk finalçı "Kayserispor" olub

11-05-2022, 07:53           
Türkiyə Kubokunda ilk finalçı "Kayserispor" olub
Futbol üzrə Türkiyə Kubokunda ilk yarımfinalçı müəyyənləşib. "Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda evdə "Trabzonspor"u 4:2 hesabı ilə məğlub edən "Kayserispor" həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Hesabı 3-cü dəqiqədə qonaqlardan Entoni Nvakaeme açıb. 48-ci dəqiqədə Emrah Başsan tarazlığı bərpa edib. 59-cu dəqiqədə Məcid Hüseyni meydan sahiblərini önə keçirib. 82-ci dəqiqədə Anastasios Bakasetas hesabı bərabərləşdirsə də, Abdullah Avcının baş məşqçi olduğu komanda əsas vaxta əlvə olunmuş 1-ci və 6-cı dəqiqələrdə, müvafiq olaraq, mame Tiam və Başsanın qollarına mane ola bilməyib.
Ətraflı

"Trabzonspor" ilk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gəlmişdi.

Yarımfinalın digər oyununda "Sivasspor" "Alanyaspor"u qəbul edəcək. Bu qarşılaşma mayın 11-də oynanılacaq.

Qeyd edək ki, "Trabzonspor" Türkiyə Super Liqasında 2021/2022 mövsümünün qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru