“Liverpul” üç xalı iki qolla qazandı - VİDEO

11-05-2022, 09:24           
“Liverpul” üç xalı iki qolla qazandı - VİDEO
İngiltərə Premyer Liqasında 33-cü turun təxirə salınmış görüşü keçirilib.

Oxu.Az xəbər verir ki, “Villa Park”da yerli “Aston Villa” çempionluğa iddialı “Liverpul”u qəbul edib.

Qarşılıqlı qollarla başlayan oyunda “Liverpul” əfsanəsi Stiven Cerardın çalışdırdığı ev sahibləri meydanı məyus tərk ediblər. Belə ki, mersisaydlılar ikinci hissədə daha bir dəfə fərqlənməklə özlərinə sərf edən nəticəni təmin etməyi bacarıblar – 1:2.

Qeyd edək ki, sona bir neçə tur qalmış “Liverpul” turnir cədvəlində 2-ci, “Aston Villa” isə 11-ci yerdə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru