“Barselona”nın futbolçusu ağır zədə ilə xəstəxanaya aparılıb - VİDEO

11-05-2022, 09:55           
“Barselona”nın futbolçusu ağır zədə ilə xəstəxanaya aparılıb - VİDEO
“Barselona”nın futbolçusu Ronald Arauxo İspaniya La Liqasında 36-cı turun “Selta” ilə ev oyununda ağır zədə alıb.

23 yaşlı müdafiəçi ikinci hissədə komanda yoldaşı Qavi ilə kəllə-kəlləyə toqquşub. Nəticədə uruqvaylı oyunçu huşunu itirib və 68-ci dəqiqədə meydanı reanimobillə tərk edib.

Qeyd edək ki, qarşılaşma “Barselona”nın qələbəsi ilə yekunlaşıb - 3:1.

Qalib komandadan qolları Memfis Depay 30-cu, Pyer-Emerik Obameyanq 41-ci və 48-ci dəqiqələrdə vurub. “Selta”dan isə Ceyson Murilyo 58-ci dəqiqədə qırmızı vərəqə alıb.

36 oyundan sonra “Barselona” 72 xalla 2-ci yerdə gedir. “Selta” isə 43 xalla 11-cidir.

El cabezazo de Araujo con su compañero Gavi me recuerda muchísimo al que tuvo Torres en Riazor.

Esperemos que no sea nada grave. pic.twitter.com/Z9aUhRbgtG

— CHOLISTA (@MrCholista) May 10, 2022












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.