FİFA-nın baş katibi qadın seçildi - Tarixdə ilk dəfə
14-05-2016, 00:06
Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Seneqaldan olan nümayəndə Fatma Samuru baş katib vəzifəsinə təyin edib. F. Samur tarixdə ilk qadındır ki, FİFA-ya baş katib seçilib. Yeni baş katib hazırda BMT-də fəaliyyət göstərir. Qeyd edək ki, FİFA-nın bundan öncəki baş katibi Jer Valke olub. O, korrupsiya əməlinə görə 12 il müddətinə futboldan uzaqlaşdırılıb./qafqazinfo