İŞİD-in hədəfi “Real Madrid”: 16 ölü, 20 yaralı

14-05-2016, 00:07           
İŞİD-in hədəfi “Real Madrid”: 16 ölü, 20 yaralı
Klubun İraqda yerləşən mərkəzlərindən birinə silahlı hücum edilib.

İspaniya futbol klubu “Real Madrid”in İraqda yerləşən mərkəzlərindən birinə silahlı hücum edilib. ANS PRESS-in məlumatına görə, İŞİD terror qruplaşması tərəfindən törədildiyi deyilən hadisə nəticəsində 16 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Bu barədə İspaniyanın AS idman qəzeti məlumat yayıb. Mənbənin verdiyi məlumata görə, qanlı hadisə Bağdaddan 125 kilometr məsafədə Samarra şəhərində yerləşən mərkəzdə baş verib.

Kafeyə silahlı basqın zamanı 12 nəfər qətlə yetirildi
İraqda “Real Madrid” azarkeşlərinin toplaşdığı yer olan mərkəzdə tərəfdarlar ispan nəhənginin matçlarını izləmək üçün yığışırdılar. Mərkəzin özündən verilən məlumata görə, bir qrup İŞİD terrorçusu AK-47 silahları ilə qarşılarına çıxan hər kəsi atəşə tutub.

“Onlar futbolu sevmirlər və bunun islama zidd olduğuna inanırlar”, – deyə mərkəzdən məsul şəxs Ziad Subhan bildirib.

Ötən gün isə paytaxt Bağdadda İŞİD terror qruplaşmasının bazarlardan birində törətdiyi terror aktı nəticəsində 80 nəfər ölüb, 120 nəfər yaralanıb.

Bazarın yaxınlığındakı gözəllik mərkəzinin yanında bomba yüklü maşın partladılıb.

Bu, son aylarda İraqda törədilən ən böyük terror aktıdır. İraqlı rəsmilər ölənlərin çoxunun qadın və uşaq olduğunu bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.