Argentinalı futbolçu ailəsinin gözü önündə güllələnib

14-05-2016, 10:31           
Argentinalı futbolçu ailəsinin gözü önündə güllələnib
Espindola evinə qarət cəhdi zamanı qətlə yetirilib

Argentinalı futbolçu Rodriqo Espindola Buenos-Ayres əyalətinin Monte-Qrande şəhərində yerləşən evi yaxınlığında qarətə cəhd zamanı qətlə yetirilib.
“Report” xəbər verir ki, polis cinayətin cümə axşamı gecə törədildiyini bildirib.
“La Nacion” nəşrinin yazdığına görə, “Nueva Chicago” klubunun müdafiəçisi evinə yaxınlaşarkən quldurların hücumuna məruz qalıb. Espindola həyat yoldaşı və altıaylıq körpəsinin gözü önündə güllələnib.
Qarın nayihəsindən yaralanan 26 yaşlı futbolçu hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru