“Bavariya”da çıxış edən Almaniya millisinin qapıçısı Manuel Noyer dəri xərçəngi səbəbilə 3 dəfə əməliyyat olunduğunu açıqlayıb.
Tennisçi Angelik Kerber ilə özünə qulluq və günəşdən qoruyucu vasitələrin bazara çıxarılması üçün ortaq şirkət quran Noyer, şirkətin tanıtımı ilə bağlı mətbuata açıqlamalar verib.
Noyer dəri xəstəlikləri ilə bağlı əvvəlki hekayələrinin olduğunu və dəri xərçəngindən üç dəfə əməliyyat olunduğunu söyləyib.