Avropa Liqası: “Qarabağ”ın pley-offdakı potensial rəqibləri müəyyənləşib

3-11-2022, 10:44           
Avropa Liqası: “Qarabağ”ın pley-offdakı potensial rəqibləri müəyyənləşib
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki bütün potensial rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, "köhlən atlar"ın 1/16 finalda qarşılaşa biləcəyi mümkün komandaların adlarına Çempionlar Liqasında qrup mərhələsinin VI turunun oyunlarından sonra aydınlıq gəlib.

Ağdam təmsilçisi G qrupunda 2-ci pilləni tutacağı halda, pley-offda aşağıdakı kollektivlərdən biri ilə üz-üzə gələcək:

"Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna), "Yuventus" (İtaliya).

Qeyd edək ki, "Qarabağ" G qrupunun sonuncu - VI turunda Bakıda Almaniya "Frayburq"unu qəbul edəcək. Hazırda 7 xalla 2-ci pillədə yer alan Ağdam təmsilçisi rəqibinə qalib gələcəyi halda, Yunanıstanda "Olimpiakos" və Fransa "Nant"ı arasında keçiriləcək digər görüşün nəticəsindən asılı olmayaraq, adını pley-offa yazdıracaq.

Avropa Liqasında 1/16 finalın püşkü noyabrın 7-də atılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru