Mbappe Messinin rekordunu qırdı

3-11-2022, 11:24           
Mbappe Messinin rekordunu qırdı
Kilian Mbappe Çempionlar Liqasında 40-cı qolunu vurub.

PSJ-nin hücumçusu qrup mərhələsinin 6-cı turunun “Yuventus”la oyununda birinci hissədə hesabı açıb.

Fransız futbolçu Çempionlar Liqası tarixində 23 yaş, 10 ay və 13 gündə 40 qola imza atan ən gənc oyunçu olub.

O, komanda yoldaşı Lionel Messinin nailiyyətini geridə qoyub. Argentinalı 24 yaş 4 ay 8 günündə (1 noyabr 2011-ci ildə) turnirdəki 40-cı qolunu vurub.

Mənbə: sports.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.