Məşhur məşqçi Almaniya vətəndaşlığından imtina etdi

5-06-2016, 00:46           
Məşhur məşqçi Almaniya vətəndaşlığından imtina etdi
Məşhur alman futbol məşqçisi Kristof Daum bundestaqın məlum qərarına etiraz əlaməti olaraq Almaniya vətəndaşlığından imtina etdiyini açıqlayıb.

AFN.az xarici mediaya istinadən bildirir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib: "İllərlə Türkiyədə çalışmışam. Türkiyədə çalışmazdan öncə mənim də bəzi təsəvvürlərim vardı. Lakin çalışdığım illər ərzində gördüm ki, Türkiyə və Türk insanı heç də Avropada təqdim olunduğu kimi deyil. Almaniyada bizə göstərilən Türkiyə ilə yaşadığım Türkiyə bir-birinə heç bənzəmir. Almaniya Bundestaqının qərarı heç də Türkiyənin və türk dostlarımın haqq etdiyi bir qərar deyil. Bu qərar Almaniyada yaşayan milyonlarla türkü necə incitdisə məni də bir o qədər incitdi. Türkiyə necə bir dövlət olduğunu milyonlarca suriyalıya açdığı qapı ilə sübut etdi. Bundestaq qərarını geri alana qədər Almaniya vətəndaşlığından imtina etdim".

Qeyd edək ki, alman məşqçi Türkiyənin "Fənərbaxça", "Beşiktaş" və "Bursaspor" klublarında çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru