Messi karyerasını harada davam etdirəcək?

15-03-2023, 09:07           
Messi karyerasını harada davam etdirəcək?
Argentina millisinin və PSJ-nin ulduz futbolçusu Lionel Messi Avropanı tərk etmək fikrində deyil.

Pressklub.az xəbər verir ki, 35 yaşlı hücumçu gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq klubda oynamaq istəyir. Bu barədə “Diario Ole” nəşrinin jurnalisti Adrien Qrenye məlumat yayıb.

Onun sözlərinə görə, Messi 2024-cü ildə keçiriləcək Amerika Kubokuna hazır olmaq üçün gələn mövsüm mütləq Çempionlar Liqasında çıxış etmək fikrindədir. Qeyd edək ki, Messi PSJ-dəki gələcəyi ilə bağlı tərəddüd etsə də, hazırda Fransa klubu ilə yeni müqavilə ilə bağlı danışıqlar aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru