Türkiyədən möhtəşəm qələbə 2-0: Xorvatilar İspanları uddular 2-1
22-06-2016, 09:22
Türkiyə millisi Avro-2016-nın qrup mərhələsindəki son oyununda Çexiya ilə qarşılaşacaq.
Axar.az xəbər verir ki, bu gün saat 23:00-da başlayacaq matçı şotland hakim Uilyam Kollin idarə edəcək. İki görüşdən sonra hesabında 1 xal olan Çexiya üçüncü, xal ala bilməyən Türkiyə isə dördüncüdür.
Türkiyə qalib gələcəyi təqdirdə ən yaxşı üçüncü kimi növbəti mərhələyə yüksəlmək üçün digər qruplarda keçirilən oyunların da nəticələrini gözləməlidir. Mütəxəssislər Türkiyə millisinin növbəti mərhələyə yüksəlmə ehtimalını möcüzə kimi qiymətləndirirlər.
Qeyd edək ki, qrupun digər oyununda İspaniya və Xorvatiya yığmaları üz-üzə gələcək.
23:09
Türkiyə matçın 9-cu dəqiqəsində Burak Yılmazın qolu ilə hesabı açdı: 1-0.
00:22
Ozan Tufan Türkiyə millisinin 2-ci topunu matçın 65-ci dəqiqəsində Çexiyanın qapısından keçirdi: 2-0.
00:53
Türkiyə millisi Çexiya ilə görüşdə 2-0 hesablı qələbə əldə etdi. Bu nəticə Türkiyənin 1/8 finala yüksəlmək şansını saxladı.
Qrupun digər matçında İspaniya yığması gözlənilmədən Xorvatiyaya 2-1 məğlub olub.
Xorvatiya qrup 1-cisi, İspaniya isə qrup 2-cisi kimi növbəti mərhələyə yüksəlib.