Mbappe bu tarixdə “Real Madrid”ə keçəcək

30-06-2023, 11:08           
Mbappe bu tarixdə “Real Madrid”ə keçəcək
PSJ-nin hücumçusu Kilian Mbappe iyulun əvvəlində “Real Madrid”ə keçəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə “El Chiringuito” telekanalının jurnalisti Fransua Qalardo “Twitter” hesabında məlumat verib.Mənbənin məlumatına görə, fransalı hücumçunun anası Fayza Lamari və vəkilləri transferin yekun şərtlərini razılaşdırmaq üçün İspaniya paytaxtına gələcəklər. Bu, iyulun 1-dən 7-dək baş verəcək.
“Marca”nın daha əvvəl iddia etdiyi kimi, futbolçunun anası artıq PSJ rəhbərliyinə onun klubla müqaviləni yeniləmək fikrində olmadığını, lakin sözləşmənin sonuna qədər qalmaq niyyətində olduğunu bildirib. Klubla futbolçu arasında müqavilə 2023/24 mövsümünün sonunda başa çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru