“Barselona” Umtiti ilə müqaviləni ləğv edib

1-07-2023, 09:13           
“Barselona” Umtiti ilə müqaviləni ləğv edib
“Barselona” müdafiəçi Samuel Umtiti ilə müqaviləni ləğv edib.

Tərəflər 2026-cı ilə qədər hesablanmış müqaviləni ləğv etmək barədə razılığa gəliblər.

Ötən il Umtiti və “Barsa”nın 2022-ci ildə müqavilənin uzadılması səbəbiylə razılaşa bilmədiyi, fransızın komandanın Ferran Torresi qeydiyyatdan keçirməsinə kömək etmək üçün getdiyi barədə məlumat yayılmışdı.

O zaman Samuel məvacibinin 10%-dən imtina etmişdi.

Klub və futbolçunun hansı şərtlərlə müqaviləni pozmağa razı olduğu məlum deyil.

Qeyd edək ki, fransız futbolçu ötən mövsümü icarə əsasında “Leççe”də keçirib və A Seriyasında 25 oyuna çıxıb.

O, “Barselona”ya 2016-cı ildə “Lion”dan keçib. Kataloniya klubu ilə futbolçu iki dəfə İspaniya çempionu, üç dəfə kubok və iki dəfə ölkə Superkubokunu qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru