UEFA katalonların Çempionlar Liqasına yolunu açdı...

1-07-2023, 10:14           
UEFA katalonların Çempionlar Liqasına yolunu açdı...
UEFA “Barselona”ya Çempionlar Liqasında oynamağa icazə verib.

Bunadək Kataloniya klubu İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin vitse-prezidenti vəzifəsində çalışmış Xose Mariya Enrikes Neqreyraya ödənişlərə görə korrupsiyada şübhəli bilinirdi.

Məlumata görə, 2001-2018-ci illərdə Neqreyra Kataloniya klubundan 7,3 milyon avro alıb.

UEFA müstəntiqləri məsələ ilə bağlı daxili araşdırmalarını başa çatdırıblar.

Dərc edilmiş hesabatda “Barselona”nın 2023/24 mövsümündə Çempionlar Liqasında iştirakına icazə veriləcəyi bildirilib.

Xatırladaq ki, baş məşqçi Xavinin komandası ötən mövsüm La Liqanın qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru