Azərbaycanda qalmaqallı klub çempionatda iştirakdan imtina etdi - FOTO

1-07-2023, 11:04           
Azərbaycanda qalmaqallı klub çempionatda iştirakdan imtina etdi - FOTO
“Araz Saatlı”FK növbəti mövsüm I Liqada mübarizə aparmaqdan imtina edib. Klubun direktoru Güloğlan Məmmədov bununla bağlı AFFA və Peşəkar Futbol Liqasına (PFL) məktub göndərib.

Aran təmsilçisinin rəhbəri federasiyanın baş katibi Sərxan Hacıyev və PFL-in prezidenti Elxan Səmədova ünvanladığı məktubda imtina qərarının səbəbini açıqlayıb.

Problem ondadır ki, Region Liqasının daimi iştirakşısı “Araz”FK olsa da, Peşəkar Futbol Liqası (PFL) “Araz”FC-nı çempionata buraxıb.

Hansı ki, bu klub yenicə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2018-ci ildə yaradılmış “Araz”FK isə PFL rəhbərliyinin ya qəsdən, ya da bilməyərəkdən yol verdiyi “səhv” ucbatından kənarda qalıb.

Əsasnaməyə görə, Region Liqasında çıxış etməyən heç bir klub I Liqada yarışa bilməz. Peşəkar statuslu birincilikdə qüvvəsini sınamaq istəyən istənilən komanda minimum 1 mövsüm Region Liqasında varlıq göstərməlidir.

“Araz”FC 2023-cü ilin “məhsul”u olduğu halda, PFL yenicə formalaşdırılmış bu klubu “arxa bağça”dan I Liqanın sıralarına qəbul eləyib.


SPORTİNFO.AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru