“Sevilya” bütün oyunçularını transferə çıxardı

1-07-2023, 08:58           
“Sevilya” bütün oyunçularını transferə çıxardı
“Sevilya” futbol klubunun rəhbərliyi əsas komandanın bütün futbolçularını transferə çıxarmaq qərarına gəlib.

Məlumata görə, qərar klubun 90 milyon avroya yaxın borcu ilə bağlıdır.

“Transfermarkt”ın məlumatına görə, klub futbolçularının ümumi dəyəri 201,5 milyon avrodur. Ən dəyərli 5 oyunçu arasında mərakeşli hücumçu Yusəf Ən-Nəsiri (20 milyon avro), argentinalı yarımmüdafiəçi Lukas Okampos, mərakeşli qapıçı Yassin Bono, argentinalı müdafiəçi Qonzalo Montiel (hamısı 12 milyon avro) və onun həmyerlisi müdafiəçisi Markos Akunya (10 milyon avro) var.
Qeyd edək ki, 2022/23 mövsümündə “Sevilya” yeddinci dəfə Avropa Liqasının qalibi olub. İspaniya çempionatında komanda 12-ci yeri tutub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru