Qonşular bezib: firon Ronaldonun “piramida”sına görə

1-07-2023, 10:40           
Qonşular bezib:
Kriştiano Ronaldonun qonşuları futbolçunun malikanəsinin tikintisindən narazıdırlar.

Publika.az xəbər verir ki, Portuqaliyada Kinta da Marinya ətrafındakı malikanə bu ilin iyul ayına qədər tamamlanmalı idi. Lakin məlum olub ki, iş uzanacaq.

Bundan əlavə, büdcə də artıb: ilkin olaraq malikanənin tikintisi 21 milyon avro qiymətləndirilirdisə, indi söhbət 25 milyondan gedir.

“Hələ ən azı bir illik iş var. Biz artıq boğaza yığılmışıq. Artıq üç ildir ki, tikinti işləri gedir.

Ev o qədər böyükdür ki, xəstəxanaya oxşayır. Aylardır küçəmiz bağlanıb, bağımız toz-torpaqla doludur. Hamısı firon Ronaldonun “piramida”sına görə”, – deyə qonşulardan biri bildirib.

Qonşular həyətlərində də rahat hərəkət edə bilmədiklərini deyirlər. Çünki Ronaldonun malikanəsinin pəncərələrindən başqalarının həyəti tamamilə görünür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru