Azərbaycanlı rəqibinə qarşı təxribat törədən erməni idmançı CƏZALANDIRILDI - FOTO/VİDEO

4-07-2023, 07:48           
Azərbaycanlı rəqibinə qarşı təxribat törədən erməni idmançı CƏZALANDIRILDI -  FOTO/VİDEO
Gürcüstanın Batumi şəhərində keçirilən karate turnirində Azərbaycan təmsilçisinə qarşı təxribat törədən erməni idmançı yarışdan kənarlaşdırılıb.

Bu barədə “İctimai Televiziya”ya Azərbaycan Karate-do Federasiyasının prezidenti Arif Məmmədov bildirib.

Onun sözlərinə görə, erməni idmançı həmçinin finalda təmsilçimizə uduzaraq qazandığı gümüş medal da məhrum olub.


Qeyd edək ki, bundan öncə həmin çempionatda ermənilər öz bayraqları ilə Azərbaycan bayrağını örtmək istəyiblər. Amma həmyerlimiz cəld onlara yaxınlaşaraq buna imkan verməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru