Arda Turanın komandası “Neftçi”nin kapitanına rəsmi təklif göndərdi

4-07-2023, 11:09           
Arda Turanın komandası “Neftçi”nin kapitanına rəsmi təklif göndərdi
Bu mövsüm Arda Turanın rəhbərliyilə Türkiyənin 1-ci liqasında mütləq çempionluq uğrunda mübarizə aparmağı hədəfləyən “Eyüpspor” transfer siyasətini genişləndirir.

Məlumata görə, Türkiyə Futbol Federasiyasının (TFF) açıqladığı Superliqa və 1-ci Liqada türk respublikalarından bir futbolçunun əcnəbi sayılmaması qaydasından yararlanmaq istəyən klub idarəçiləri Azərbaycan millisi və “Neftçi”nin kapitanı olan Emin Mahmudova rəsmi təklif göndəriblər.

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm karyerasının ən yaxşı dövrünü keçirib. O, çempionat, kubok və Avropa Konfrans Liqası da daxil olmaqla, ümumilikdə 45 oyunda 19 qol vurub.
Mənbə: Ajansspor












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru