“Əl-İttifaq” Stiven Cerrarda tapşırıldı

4-07-2023, 12:08           
“Əl-İttifaq” Stiven Cerrarda tapşırıldı
İngiltərəli Stiven Cerrard Səudiyyə Ərəbistanının “Əl-İttifaq” futbol klubunun baş məşqçisi olub.

Bu barədə bazar ertəsi komandanın Mətbuat Xidməti məlumat yayıb.

Mütəxəssislə müqavilənin detalları açıqlanmayıb.
43 yaşlı Cerrard sonuncu dəfə 2022-ci ilin oktyabrında ayrıldığı İngiltərənin “Aston Villa” klubunda çalışıb. O, həmçinin “Liverpul”un gənclər komandasında və 2020/21 Şotlandiya Çempionatını qazandığı “Reyncers”də çalışıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru