"Arsenal" "Real"ın planını alt-üst etdi

4-07-2023, 13:18           
"Arsenal" "Real"ın planını alt-üst etdi
İngiltərənin “Arsenal” klubu da Kilian Mbappeni transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, “Arsenal” Mbappe üçün iddialı təklif hazırlayıb. “Football Transfers”in məlumatına görə, “Arsenal”ın təklifi digər klubların təkliflərindən geri qalmır. Klubun Mbappe üçün fantastik məbləğ ayırdığı deyilir. “Marca” qəzetinin məlumatına görə, Mbappe onu almaq istəyən komandalardan ildə 240 milyon avro dəyərində fantastik məvacib tələb edir.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi gələn mövsüm başa çatır. PSJ onun azad agent kimi klubdan ayrılmasını istəmədiyi üçün bu mövsüm satışına icazə verə bilər. Mediada “Real Madrid”in PSJ-yə 250 milyon avro dəyərində təklif verdiyi irəli sürülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru