SOCAR “Qalatasaray”a sponsor oldu - 5 milyonluq anlaşma
5-07-2023, 10:34
Türkiyənin “Qalatasaray” klubu Azərbaycanın SOCAR şirkəti ilə sponsorluq üçün anlaşıb.
Gununsesi.info xəbər verir ki, bu iddia ilə “Milliyet” nəşri çıxış edib.
İddiya görə, “Cim-bom” avrokubok matçlarına sinəsində SOCAR yazılan formalarla çıxacaq. Məlumata görə, sponsorluq müqaviləsinin illik dəyəri 5 milyon avrodur.