Arda Güler "Real Madrid" klubu ilə anlaşıb - KİV

5-07-2023, 11:24           
Arda Güler "Real Madrid" klubu ilə anlaşıb - KİV
Türkiyə millisinin və "Fənərbağça"nın futbolçusu Arda Güler İspaniya "Real Madrid"i ilə anlaşıb. "Report" "Relevo" nəşrinə istinadən xəbər verir ki, Avropanın bir neçə aparıcı komandasının diqqət mərkəzində olan 18 yaşlı yarımmüdafiəçi sonda Madrid təmsilçisini seçib.

"Kral klubu" bu keçid üçün İstanbul təmsilçisinə 20 milyon avro ödəyəcək. Həmçinin, "Fənərbağça" gənc oyunçunun sonrakı satışından 20 faiz pay alacaq.

Qeyd edək ki, Arda Güler 2019-cu ilin yayından "Fənərbağça"da çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru