Avropa çempionatı: Finalda İspaniya və İngiltərə qarşılaşacaq - YENİLƏNİB

6-07-2023, 10:08           
Avropa çempionatı:
21 yaşadək futbolçular arasında Avropa çempionatında ikinci finalçı da müəyyənləşib.

Növbəti yarımfinal matçında İspaniya və Ukraynanın müvafiq yaş qruplarından ibarət komandaları üz-üzə gəliblər.

Görüş ispanların darmadağını ilə yekunlaşıb - 5:1.

Bu nəticə ilə finala yüksələn İspaniya millisi həlledici matçda İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, iyulun 8-də, saat 20:00-da başlayacaq final matçı Gürcüstanın Batumi şəhərində oynanılacaq.

23:45
21 yaşadək futbolçular arasında Avropa çempionatında ilk finalçı müəyyənləşib.

Yarımfinalda İsrail yığmasını 3:0 hesabı ilə məğlub edən İngiltərə millisi həlledici matça vəsiqə qazanıb.

Qolları 42-ci dəqiqədə Morqan Gibbs Uayt, 63-cü dəqiqədə Koul Palmer və 90-cı dəqiqədə Kemeron Arçer vurublar. 17-ci dəqiqədə Uayt penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, İngiltərə seçməsinin finaldakı rəqibi İspaniya - Ukrayna cütünün qalibi olacaq. Qeyd edək ki, seçməsinin finaldakı rəqibi - Ukrayna cütünün qalibi olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru