Arda Gülər rəsmən “Real”da

6-07-2023, 17:10           
Arda Gülər rəsmən “Real”da
Türkiyənin “Fənərbaxça” klubu gənc futbolçusu Arda Güləri İspaniya nəhəngi “Real”a satıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının instaqram hesabında məlumat verilib.

18 yaşlı oyunçu Madrid klubu ilə 6 illik sözləşməyə imza atıb. İspanlar “Fənərbaxça”ya bu keçid üçün 20 milyon avro ödəyəcək. Üstəlik, 10 milyon bonus da İstanbul təmsilçisinin hesabına köçürüləcək.

Əgər “Real” Ardanı başqa kluba satarsa, gəlirin 20 faizini də türkiyəlilərə ödəyəcək.

Qardaş ölkə mətbuatının yazdığına görə, Madrid təmsilçisi Arda Gülər üçün İstanbula xüsusi təyyarə göndərib. O, artıq İspaniyaya yollanıb və bu gün rəsmi sözləşməyə qol çəkəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru