Ferstappen “Formula-1”də ardıcıl beşinci dəfə təsnifat mərhələsinin qalibi olub

9-07-2023, 09:28           
Ferstappen “Formula-1”də ardıcıl beşinci dəfə təsnifat mərhələsinin qalibi olub
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə mövsümün onuncu mərhələsinin - Britaniya Qran-prisinin qalibi olub.

“McLaren” komandasından britaniyalı Lando Norris ikinci, onun avstraliyalı komanda yoldaşı Oskar Piastri isə üçüncü yeri tutub.

Bu, cari çempionun mövsümdə ardıcıl beşinci, ümumilikdə isə yeddinci pole vəziyyətidir.

Britaniya Qran-prisi iyulun 9-da, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Ferstappen bu mövsüm 229 xalla fərdi turnir cədvəlində birinci yerdədir. İkinci yerdə hollandiyalının komanda yoldaşı Serxio Peres (148), üçüncü yerdə “Aston Martin”dən ispan Fernando Alonso (131) qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru