PSJ-nin futbolçuları Mbappedən klub prezidentinə şikayət etdi

9-07-2023, 12:48           
PSJ-nin futbolçuları Mbappedən klub prezidentinə şikayət etdi
PSJ-nin bir neçə futbolçusu hücumçu Kilian Mbappenin tənqidindən narazılığını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Kilian Mbappenin işi PSJ-nin paltardəyişmə otağını gərginləşdirməyə başlayıb. Mənbənin məlumatına görə, altı futbolçu, o cümlədən komandaya yeni gələn iki futbolçu iyulun 8-də səhər saatlarında klub prezidenti Nasser Əl-Xəlaifiyə etirazlarını bildiriblər.

İyunun ortalarında Mbappe müsahibə verərək demişdi ki, parislilərin Çempionlar Liqasındakı uğursuzluqları ilə bağlı sual ona yox, komanda rəhbərliyinə ünvanlanmalıdır. Bir neçə komanda yoldaşı onun açıqlamalarından narazı qalıb, bunu kluba qarşı təhqir adlandırıb.

Paytaxt klubunun prezidenti bu sözlərdən "şoka düşüb" və bütün oyunçulara qarşı hörmətsizlik kimi qiymətləndirib. Hətta bunu deyən futbolçunun niyə hazırda komandadan getmədiyi ilə maraqlanıb.

Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq "Real Madrid”lə müqavilə imzaladığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru