“Bavariya”dan Keyn üçün yeni təklif

10-07-2023, 12:44           
“Bavariya”dan Keyn üçün yeni təklif
“Bavariya” Harri Keyn üçün “Tottenhem”ə ikinci təklif göndərib.

Jurnalist Florian Plettenberqin sözlərinə görə, münhenlilər 80 milyon avro, üstəgəl bonuslar müqabilində hücumçunu almağa çalışırlar.

Daha əvvəl onlar 70 milyon avro ödəməyə hazır idilər, lakin bu variant London klubunu qane etməmişdi.
Bildirilir ki, Keyn özü “Bavariya”ya keçməkdə maraqlıdır. Deyilənlərə görə, onlar artıq razılaşıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.