Karyerasını niyə erkən bitirib? - Mənə elə gəldi ki...

10-07-2023, 14:55           
Karyerasını niyə erkən bitirib? -
"Real"ın və Uels millisinin sabiq futbolçusu Qaret Beyl karyerasını bitirmə səbəbiylə bağlı danışıb.

Publika.az xəbər verir ki, o, 33 yaşında niyə belə qəfil qərar verdiyini açıqlayıb:

“Futbola olan sevgim bitməmişdi. Sadəcə anladım ki, istədiyim hər şeyə nail olmuşam. Peşman deyiləm, karyeramdan çox razıyam. İşimdən həzz alırdım, amma bir anda ailəmlə daha çox vaxt keçirmək istədim. Övladlarım o qədər sürətlə böyüyürlər ki... Mənə elə gəldi ki, çox şeyi əldən verirəm.

Uels milli komandasına gəlincə, gələcək nəslə şans vermək istəyirəm. Ümid edirəm ki, onlara oynadığımız zaman komandamızdan nə gözlənildiyini və soyunub-geyinmə otağında nələrin baş verdiyini göstərə bildim”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru