Ana imtina etdi, dünyanın ən cazibədar qadın futbolçusu Aqata oldu - FOTO

11-07-2023, 15:16           
Ana imtina etdi, dünyanın ən cazibədar qadın futbolçusu Aqata oldu - FOTO
Xorvatiyalı Ana Maria Markovic uzun müddət idi ki, dünyanın ən seksual futbolçusu hesab olunurdu. Lakin bu yaxınlarda o, üsyan etdi və özünü bir daha belə adlandırmamağı xahiş etdi.

“Ən gözəl futbolçu və ya ən gözəllərdən biri adlandırıldığım məqalələri bəyəndim. Çünki gözəl olduğumu eşitmək məni sevindirir. Ancaq sonra qəzetlərdə məni ən seksual adlandırdıqları məqalələr çıxdı. Mənim xoşuma gəlmədi. O cümlədən ailəmin”.
Ancaq Ana Marianın yeri boş qalmadı. Tezliklə onu Aqata İzabella Sentasso əvəzlədi. Özü də, Aqata sosial şəbəkələrdəki abunəçiləri onu seksuallığına görə tərifləyəndə heç də narahat olmur. “Mən xoşbəxtəm, çünki bu, işimə olan diqqəti cəlb edir. Mən qadın futbolunun maarifləndirilməsinə kömək etmək istəyirəm”, – deyə italyan xanım futbolçu bildirib.
O, 20 yaşına qədər basketbol oynasa da, ailəsinə görə futbolu seçib. Futboldan əlavə, Aqatanın daimi işi var. Əqli qüsurlu yeniyetmələr üçün mərkəzdə sosial işçi kimi çalışır. O, tennis və tay boks ilə də məşğul olur. Formada qalmaq üçün isə şəxsi dietoloq Sentassoya kömək edir.



Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru