SOCAR "Qalatasaray"a sponsor oldu 12-07-2023, 00:19 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Qalatasaray" komandasının sponsoru olub.Klubun rəsmi saytı xəbər verir ki, tərəflər arasında 3 illik müqavilə imzalanıb. Əməkdaşlıq 2023/2024 mövsümündən etibarən başlayacaq. Anlaşmaya əsasən, İstanbul təmsilçisinin avrokuboklarda istifadə edəcəyi formaların sinə hissəsində SOCAR-ın adı yazılacaq. Facebook-da paylaş