Çempionlar Liqası: “Makkabi”dən darmadağın, “Ferentsvaroş” Farer adaları klubu ilə bacarmayıb

12-07-2023, 09:18           
Çempionlar Liqası:
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə 10 görüş keçirilib.

Azərbaycan çempionu “Qarabağ” Cübüllütariqdə “Linkoln”u 2:1 hesabı ilə məğlub edib.

Ağdam təmsilçisinin II raunddakı potensial rəqibləri olan Polşa “Rakuv”u və Estoniya “Flora”sı isə Çenstoxovada üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Gecənin ən böyükhesablı nəticəsi Maltada qeydə alınıb İsrailin “Makkabi” (Hayfa) komandası yerli “Hamrun”un qapısından 4 cavabsız top keçirib.

Macarıstan çempionu “Ferentsvaroş” isə Farer adalarında "Klaksvik"in müqavimətini qıra bilməyib.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
11 iyul

19:00. “Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) - 0:1
Qol: Matey Seniç, 89

19:30. “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) - 1:2
Qollar: Kike Qomes, 25 - Redon Cica, 58. Yassin Benzia, 90+4

20:00. “Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) - 0:0
22:00. “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) - 2:1
Qollar: Mustafa Nukiç, 42. Ruy Pedru, 74 - Meissa Diop, 87

22:00. “Rakuv” (Polşa) - “Flora” (Estoniya) - 1:0
Qol: Vladislav Koçergin, 54

22:00. “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) - 0:4
Qollar: Fratsdi Pyero, 41; 64. Din David, 45+3. Anan Xalaili, 85

22:45. “Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) - 2:0
Qollar: Meriton Korenitsa, 45+1. Kendrim Ziba, 55

22:45. “Şemrok Rovers” (İrlandiya) - "Breydablik" (İslandiya) - 0:1
Qol: Damir Muminoviç, 39

22:45. “Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan) - 0:0

22:45. “Partizani” (Albaniya) - BATE (Belarus) - 1:1
Qollar: Tedi Tsara, 66 - Dmitri Antilevski, 58

Qeyd edək ki, bu mərhələnin digər 5 oyunu iyulun 12-də təşkil olunacaq. Cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru