Dünyanın ən yaşlı futbolçusu hazırkı klubu ilə müqaviləsini uzatdı

12-07-2023, 12:58           
Dünyanın ən yaşlı futbolçusu hazırkı klubu ilə müqaviləsini uzatdı
Dünya futbolunun ən yaşlı oyunçusu Kazuyoşi Miura peşəkar karyerasını davam etdirmək qərarına gəlib.

56 yaşlı hücumçunun da yer aldığı Portuqaliya “Oliveyrense”si sosial şəbəkədə futbolçu ilə müqavilənin yeniləndiyi təsdiqlənib.

Portuqaliyanın ikinci ən güclü divizionunda oynayan Miura keçən mövsüm qol vurmadan üç matç keçirib.
Xatırladaq ki, Kazuyoşi Yaponiya millisinin forması ilə 89 görüşə çıxıb və 55 qol vurub. 1986-cı ildən bəri o, beş onillik ərzində 786 peşəkar qarşılaşmada forma geyib.

Mənbə: euro-football.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru