NBA-da oyun qaydalarında iki dəyişiklik ediləcək

12-07-2023, 11:47           
NBA-da oyun qaydalarında iki dəyişiklik ediləcək
ABŞ-ın Milli Basketbol Assosiasiyası (NBA) yeni mövsümdə oyun qaydalarında iki dəyişiklik etməyi planlaşdırır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, oyunçuların simulyasiyasından sonra sərbəst atışlar təyin olunacaq. Bundan əlavə, atışdan sonra top da rəqib komandaya veriləcək. Oyunçu özü isə texniki folla cəzalandırılacaq.

Digər dəyişiklik matç zamanı mübahisəli epizodların video icmallarına da təsir edir. Çağırış tələb edən komanda iddiasını sübut edərsə, matçboyu daha bir dəfə təkrar izləmə haqqına sahib ola biləcək.

Qeyd edək ki, yeni qaydalar yay liqasında ilk dəfə yoxlanılacaq və bu ay içində NBA-nın idarə heyəti tərəfindən səsə qoyulacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru