İsinbayeva İspaniyaya köçüb

13-07-2023, 12:44           
İsinbayeva İspaniyaya köçüb
Məşhur rus idmançı Tenerifedə yaşamağa qərar verib

Dirəkdən tullanma üzrə ikiqat Olimpiya çempionu Yelena İsinbayeva İspaniyaya köçüb. AYNA xəbər verir ki, bu barədə “El Digital Sur” məlumat yayıb.

Məlumata görə, keçmiş idmançı Tenerifedə yaşayır. İsinbayevanın nə vaxt köçdüyü tarix bəlli deyil.

İyunun 21-də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Etika Komitəsi təşkilatın üzvü İsinbayeva ilə bağlı yoxlamanı başa çatdırıb. Rus qadın idmançı Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləməkdə və hərbi strukturlara yardımda şübhəli bilinirdi.

Qeyd edək ki, 2023-cü ilin fevralında Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik Şurasının rusiyalı idmançılara qarşı 50 il müddətinə sanksiya tətbiq edilməsi barədə qərarını qüvvəyə mindirib. İsinbayeva da sanksiyalara məruz qalan idmançılardandır.

Xatırladaq ki, 41 yaşlı İsinbayeva Rusiya Federasiyası Silahlı Qüvvələrinin mayorudur. Üçqat dünya çempionu 2016-cı ildən BOK-un Atletlər Komissiyasındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru