"Qalatasaray"ın futbolçusuna ərəblərdən 120 milyonluq təklif

13-07-2023, 14:18           
"Qalatasaray"ın futbolçusuna ərəblərdən 120 milyonluq təklif
"Qalatasaray"ın ulduz futbolçusu Nikolo Zaniolo karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Publika.az xəbər verir ki, "Əl-Hilal" italiyalı yarımmüdafiəçiyə 4 illik müqavilə təklif edib. O, razılıq verəcəyi təqdirdə bu müddət ərzində 120 milyon avro qazana bilər.

"Qalatasaray"ın isə bu keçiddən 30 milyon avro əldə edəcəyi bildirilir.

Qeyd edək ki, Nikolo Zaniolo qış transfer pəncərəsində "Roma"dan transfer olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru