FİFA klublara milyonlar payladı

14-07-2023, 17:55           
FİFA klublara milyonlar payladı
FİFA DÇ-2022-də iştirak edən futbolçuların klublarına ödəmə edib.

Publika.az xəbər verir ki, bu barədə qurumun yaydığı hesabatda bildirilib. Qətərə futbolçu göndərən 51 ölkədən olan 440 kluba ümumilikdə 209 milyon dollar məbləğində təzminat ödənilib. Həmin ölkələr arasında Azərbaycan yoxdur.

Qaydalara görə, klublara DÇ-2022-də iştirak edən hər bir futbolçusunun bir günü üçün 10 min 950 dollar mükafat verilir. DÇ-2018-də bu məbləğ günlük 8530 dollar təşkil edirdi.

Ən çox ödəniş İngiltərəyə gedəcək. Bu ölkə klublarının futbolçuları DÇ-2022-də iştiraka görə 37,7 milyon dollar gəlir əldə edib. Siyahıda İspaniya ikinci (24 milyon 203 min dollar), Almaniya üçüncü (21 milyon 34 min dollar ) olub.

Bütün dünya üzrə ən çox qazanan klub isə "Mançester Siti"dir. "Şəhərlilər"ə 4,6 milyon təzminat ödəniləcək. "Barselona" 4,5 milyon dollar qazancla ikinci, "Bayern" isə (4,3 milyon) üçüncü yeri tutur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.