Onana “Mançester Yunayted”də

17-07-2023, 09:33           
Onana “Mançester Yunayted”də
“İnter”in qapıçısı Andre Onana karyerasını İngiltərənin “Mançester Yunayted” klubunda davam etdirəcək.

Bu barədə insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında məlumat yayıb.

“İngiltərə və İtaliya klubları, nəhayət ki, Andre Onananın transferinin bütün əsas detalları barədə razılığa gəliblər”, - deyə Fabritsio Romano qeyd edib.
Lakin o, “Qırmızı şeytanlar”ın Kamerun millisinin qolkiperi üçün nə qədər xərclədiyini yazmayıb.

Xatırladaq ki, “İnter” Andre Onananın transferi üçün “Mançester Yunayted”dən 60 milyon avro tələb edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru