Ronaldo Səudiyyə çempionatının Messinin oynayacağı MLS-dən daha yaxşı olduğunu dedi

18-07-2023, 11:18           
Ronaldo Səudiyyə çempionatının Messinin oynayacağı MLS-dən daha yaxşı olduğunu dedi
"Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının argentinalı hücumçu Lionel Messinin oynayacağı MLS-dən daha yaxşı olduğunu deyib.

Qaynarinfo xəbər verir ki, portulqaliyalı həmçinin Avropaya qayıtmayacağını bildirib.

"Səudiyyə Liqası MLS-dən yaxşıdır. Mən 100% əminəm ki, heç bir Avropa klubuna qayıtmayacağam. Mən Səudiyyə Ərəbistanı liqasına yol açdım və indi bütün oyunçular buraya gəlir", deyə Ronaldo bildirib.

Ronaldo bir il əvvəl Səudiyyə Ərəbistanı liqasına keçməsi ilə bağlı tənqidlərə məruz qalmasından da danışıb: "Səudiyyə Ərəbistanı liqasına keçdiyim üçün məni tənqid etdilər. Bəs indi nə oldu? Mən yol açdım və indi bütün oyunçular bura gedir. Bir ildən sonra bura daha çox ən yaxşı oyunçu gələcək. Bir ildən sonra Səudiyyə liqası Türkiyə və Niderland liqasını qabaqlayacaq".

Ronaldo "Mançester Yunayted”dən ayrıldıqdan sonra yanvarın 2-də "Əl-Nəsr”ə keçib. Klubla müqaviləyə əsasən, o, ildə 200 milyon avro alır.

Hücumçu ötən mövsüm bütün turnirlərdə 19 oyuna çıxıb, 14 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun komandası "Əl-İttihad"dan 5 xal geri qalaraq, liqa cədvəlini ikinci yerdə tamamlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.