Suares Messi və Busketsə qoşula bilər

19-07-2023, 13:14           
Suares Messi və Busketsə qoşula bilər
Luis Suares Lionel Messinin komandasına keçə bilər.

“TyC Sports”un jurnalisti Qaston Edul xəbər verir ki, “İnter Mayami” “Qremio”nun hücumçusu ilə maraqlanır. Tərəflər uzun müddətdir ki, danışıqlar aparır və artıq irəliləyiş əldə olunub.

“İnter” Suaresin tezliklə komandaya qoşulacağına inanır.
Qeyd edək ki, bu yay Suaresin “Barselona”dakı keçmiş komanda yoldaşları Lionel Messi və Serci Buskets də ABŞ klubuna qatılıb.

2023-cü il Braziliya çempionatında Luis “Qremio”nun heyətində 12 oyuna çıxıb, dörd qol və üç məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru