UEFA Çempionlar Liqası: "Qarabağ"dan inamlı qələbə

20-07-2023, 07:53           
UEFA Çempionlar Liqası:
"Linkoln"u Bakıda darmadağın edən Ağdam təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
Bakıda "Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilib.
Qeyd edək ki, səfərdəki ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:1.
Bakı Olimpiya Stadionundakı cavab qarşılaşmasını albaniyalı Eldorjan Hamitinin başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Matçın 7-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ı irəli çıxarıb - 1:0. 45+1-ci dəqiqədə Bəhlul Mustafazadə hesab arasındakı fərqi artırıb - 2:0.
Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə, qarşılaşmanın 51-ci dəqiqəsində Redon Cica adını tabloya yazdırıb - 3:0.
62-ci dəqiqədə Yankoviç növbəti qolu qonaqların qapısından keçirib - 4:0.
Görüş bu hesabla başa çatıb və "Qarabağ" iki oyunun nəticəsinə əsasən ikinci mərhələyə vəsiqə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru