“Fənərbağça” daha 3 ulduzu transfer edir! – ADLAR

20-07-2023, 11:18           
“Fənərbağça” daha 3 ulduzu transfer edir! – ADLAR
Klub “Udinese”dən Rodriqo Bekaonun transferini rəsmən açıqlayıb. Braziliyalı müdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gecə İstanbula gələcək.

“Fənərbağça”nın bu gün Xorvatiya millisi və “Dinamo”nun (Zaqreb) qapıçısı Dominik Livakoviçin keçidini də açıqlaması gözlənilir. Tərəflər arasında bir müddətdir ki, razılıq əldə olunub.

Bundan əlavə, “sarı-lacivərtlər” daha bir transferi bitirmək üzrədir. Klub Vilfred Zahanın keçidini də bu gün açıqlayaraq, azarkeşlərinə hədiyyə etmək istəyir. 30 yaşlı forvardın “Kristal Pelas”ın yeni müqavilə təklifini qəbul etməsi gözlənilsə də, oyunçu və “Fənərbağça” klubu arasında razılığın əldə olunduğu bildirilir. Futbolçu hazırda azad agentdir.

Qeyd edək ki, “Fənərbağça” daha öncə Rayan Kent, Edin Ceko, Aleksander Ciku, Umut Nayir, Sebastian Şimanski, Duşan Tadiç kimi ulduzları transfer edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru