Dünya Qadın Seriyası: “Neftçi” Bordo mərhələsində 1/4 finala yüksəlib

20-07-2023, 09:18           
Dünya Qadın Seriyası: “Neftçi” Bordo mərhələsində 1/4 finala yüksəlib
3x3 basketbol üzrə “Neftçi” komandası Dünya Qadın Seriyasının Fransanın Bordo şəhərindəki mərhələsində 1/4 finala yüksəlib.

“Report”un məlumatına görə, “ağ-qaralar” C qrupunda ilk olaraq Fransa millisinə 12:16 hesabı ilə məğlub olsa da, Polşa seçməsinə qalib gələrək (14:13) mərhələ adlayıblar.

Azərbaycan təmsilçisi bu raundda Kanada kollektivi ilə görüşəcək, qarşılaşma iyulun 20-də baş tutacaq.
Qeyd edək ki, “Neftçi” daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru