Messinin komandası “Barselona”nın daha bir ulduzunu transfer etdi
21-07-2023, 11:24
“Barselona”dan ayrılan Jordi Alba “İnter Mayami”yə keçib.
Qol.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. MLS təmsilçisi 34 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb. O, komandaya azad agent kimi transfer olub.
Qeyd edək ki, Alba 2012-ci ildən “Barselona”da çıxış edirdi. İspaniyalı oyunçu bu ilin mayında Kataloniya klubu ilə müqaviləyə xitam verib.