Yeddi dünya çempionatında iştirak edən Kanada millisinin qadın futbolçusu tarixə düşüb

21-07-2023, 15:04           
Yeddi dünya çempionatında iştirak edən Kanada millisinin qadın futbolçusu tarixə düşüb
Kanada millisinin futbolçusu Kristin Sinkler qadınlararası dünya çempionatında tarixə düşüb.

"Report" xəbər verir ki, 40 yaşlı hücumçu yeddi mundialda iştirak edən ilk oyunçu adına sahib çıxıb.

Təcrübəli oyunçu Yeni Zelandiyada təşkil olunan yarışda Nigeriya ilə qolsuz heç-heçə etdikləri matça start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Kristin Sinkler 2000-ci ildən Kanada yığmasında çıxış edir. O, 300-dən çox beynəlxalq qarşılaşmada meydanda olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru