Millimiz Ermənistanı darmadağın etdi

21-07-2023, 20:38           
Millimiz Ermənistanı darmadağın etdi
Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun oyunları davam edir.

Tribunainfo.az xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı ikinci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib. Qarşılaşmaya üstün başlayan U-16 yığmamız qrupun ən önəmli oyununda Ermənistan komandasına 92-58 hesabı ilə qalib gələrək, rəqibini meydançaya çıxmağa peşman edib.

U-16 millimizin qrupdakı növbəti rəqibi Albaniya seçməsi olacaq. Oyun 23 iyulda Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq və FIBA-nın rəsmi yutub hesabından canlı olaraq yayımlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru