PSJ Mbappeni Yaponiya turundan uzaqlaşdırdı

22-07-2023, 13:04           
PSJ Mbappeni Yaponiya turundan uzaqlaşdırdı
Hücumçu Kilian Mbappe mövsümöncəsi tura PSJ ilə getməyəcək.

Kilian Mbappe komanda ilə Yaponiyaya uçmayacaq. Ona bu barədə Fransanın “Havr” klubu ilə yoldaşlıq oyunundan sonra məlumat verilib.

Klub hesab edir ki, 24 yaşlı futbolçu 2024-cü ilin yayında azad agent kimi keçmək üçün artıq “Real”la anlaşıb.

Bununla bağlı insayder Fabrizio Romano öz “Twitter” hesabında paylaşım edib.
Onun sözlərinə görə, daha əvvəl PSJ-nin prezidenti Nasser Al-Xelayfi oyunçuya ya müqaviləni uzatmaq, ya da 2023-cü ildə satışa razılıq vermək üçün iki həftə vaxt vermişdi.

Mənbə: Sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru