“Barselona” “Yuventus”la oyununu ləğv etdi

23-07-2023, 12:14           
“Barselona” “Yuventus”la oyununu ləğv etdi
“Barselona”nın “Yuventus”la yoldaşlıq oyunu tibbi səbəblərə görə ləğv edilib.

Katalon klubundan bildirilib ki, komandanın oyunçularının əhəmiyyətli bir hissəsi qastroenteritdən (sulu ishal, qarın ağrısı, ürəkbulanma ilə xarakterizə olunan yoluxucu xəstəlik – red.) əziyyət çəkdiyi üçün qarşılaşma baş tutmayacaq.

Məlumata görə, matç iyulun 23-də baş tutmalı idi.
Qeyd olunur ki, cümə axşamı müvafiq simptomları büruzə verən ilk oyunçu müdafiəçi Jül Kunde olub. Növbəti gün isə daha bir neçə futbolçu özünü pis hiss edib və komanda “Yuventus”la oyun üçün San Xoseyə uça bilməyib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru